No Image
No Image

Tanınmış xanım vəkil məhkəmə zalında həbs edildi

Tanınmış xanım vəkil məhkəmə zalında həbs edildi
Tanınmış vəkil külli miqdarda mənimsəmədə ittiham edilərək hakim qarşısına çıxarılıb.

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Vəkillər Kollegiyası Rəyasət Heyətinin keçmiş üzvü, uzun müddət 1 saylı hüquq məsləhətxanasına rəhbərlik etmiş Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirikən məhkəmənin hazırlıq iclasında Sümbülə Əliyevanın anket məlumatları dəqiqləşdirilib.

Daha sonra onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham olunan Sümbülə Əliyeva vəkillərin ödənişlərindən vergi kimi tutulan vəsaitlərin mənimsənməsində təqsirləndirilir.

İttihama görə, Sümbülə Əliyeva Dövlət Sosial Müdafiə Fonduna və Vergilər Nazirliyinə ödənilmək üçün üçün vəkillərdən tutulan vergi və sosial sığorta haqlarını mənimsəyib.

İş üzrə zərərçəkmiş kimi Vəkillər Kollegiyası, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti tanınıb.
 
(Musavat.com)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ermənistana qaytarılan 15 erməni əsirlərin FOTOSU

Xəbər verdiyimiz kimi, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tər...

Jurnalistlərlə birlikdə minaya düşən məmur: "Birdən avtomobilin yanacaq çəni partladı"

"Biz çəkiliş qrupu ilə birgə Susuzluq kəndinə gedirdik, artıq kənddə idik. "Əzgillik" adlandırılan ərazidən keçirdik ki, avtomobilimiz minaya düşdü. Mən kabinəd...

Ziya Məmmədov istintaqa çağırılması ilə bağlı xəbərdən danışdı

Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun Bakıya istintaqa çağrılması ilə bağlı məlumat yayılıb. Məsələ ilə bağlı Z.Məmmədov Manşet.az-a açıqlama verib: ...

Ziya Məmmədov təcili Bakıya çağırıldı - SƏBƏB

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun adı Kanadanın "Bombardier Transportation” şirkətinin İsveçdəki törəmə şirkətinin keçmiş menecerinə qarşı başlanan cinayət...

Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki MƏLUM OLDU

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iyunun 12-də (şənbə günü) Bakı şəhərində müntəzəm marşrut xətti üzrə avtobuslar adi rejimdə fəaliyyət gös...

Nazirdən həmkarının kino sahəsi ilə bağlı iradına - REAKSİYA

Mədəniyyət naziri Anar Kərimov maliyyə naziri Samir Şərifovun Milli Məclisin iclasında kino sahəsi ilə bağlı iradlarına cavab verib. Sfera.az xəbər verir ...