No Image
No Image

“Sülhməramlılar Qarabağda heç 5 il də qalmayacaq” – Politoloq

“Sülhməramlılar Qarabağda heç 5 il də qalmayacaq” – Politoloq
"Rusiya hərbçiləri 5 ildən sonra Dağlıq Qarabağı tərk etmək niyyətində deyillər. Nədənsə insanların 95% -i 5 il ərzində rus sülhməramlılarının Qarabağı tərk edəcəyinə əmindir. Ancaq belə bir şey yoxdur. Rus hərbçilərin qalma müddətini uzatma ehtimalının göstərilməsi boş yerə deyildi. Getməyəcəklər”.

Bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu gün keçirilən mətbuat konfransında deyib.
 
Politoloq Qabil Hüseynli isə Sfera.az-a açıqlamasında deyib ki, Ter-Petrosyanun sözügedən fikirləri yenilik deyil: "İlk vaxtdan Rusiyanın nəinki 5 illik, hətta daha uzun müddətə gəldiyini düşünürdük. Amma bu, onların istəklərindən asılı olmayacaq. Bölgədə hadisələrin inkişafı, reallıqların dəyişməsi və.s kimi amillər Rusiya sülhməramlılarının bölgədə qalması ilə sıx əlaqədardır.
 
Hesab edirəm ki, sülhməramlılar Qarabağda heç 5 il də qalmayacaq. Bölgədə artıq supergüc Türkiyə var, onun yanında qüvvətlənmiş Azərbaycan durur. Habelə lazım gələrsə, bu işə Pakistanın da qatılmasını əlavə etsək, böyük güc yaranır. Bu güclər - elə Amerikanın özü də istək şəklində beynəlxalq təşkilatlarda Rusiyanın bu regionda qalmasına etiraz edəcək. Beynəlxalq şərtlər də Rusiyanın xeyrinə deyil”.

Müsahibimiz qeyd edib ki, Azərbaycan sülhməramlı qüvvələrin bölgədən çıxarılmasını və suveren torpaqlarına özünün nəzarət etməsini istəyəcək:

"Bu gün ölkə əhalisi durmadan Laçın dəhlizinin Azərbaycan ordusunun nəzarəti altına keçməsini tələb edir. Xalq yaxşı başa düşür ki, əgər bu olmasa, onda aparılmış müharibənin əhəmiyyəti müəyyən qədər aşağı düşmüş olacaq. Bir sözlə, Rusiyanın könlündən keçə bilər, amma həmin şeylər həmçinin Azərbaycanın, Türkiyənin, eləcə də onların yaxın dostlarının da meylindən keçir. Bölgədə proseslər sürətlə dəyişməkdə davam edəcək”.
 
Günay Rəsulqızı
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Mina xəritələri müqabilində 15 erməni ölkəsinə təhvil verildi

Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbay...

Prezidentlərin Şuşa görüşündə Azərbaycan və Türkiyə arasında hansı müqavilə imzalanacaq? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi Türkiyə Prezidenti Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında Şuşada görüş keçiriləcək.   Ərdoğan ötən gün açıql...

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi sərhəddəki təxribatlara NİYƏ SƏSSİZDİR?

"Birgə Monitorinq Mərkəzi yalnız Qarabağda, burada yaşayan azərbaycanlılarla ermənilər arasındakı təmas xətti çərçivəsində fəaliyyət göstərir. Onların da funksi...

“Sülhməramlılar Qarabağda heç 5 il də qalmayacaq” – Politoloq

"Rusiya hərbçiləri 5 ildən sonra Dağlıq Qarabağı tərk etmək niyyətində deyillər. Nədənsə insanların 95% -i 5 il ərzində rus sülhməramlılarının Qarabağı tərk e...

"ABŞ və Türkiyə görüşündə Baydenin Rusiya ilə bağlı çıxarı var"- 14 iyundan GÖZLƏNTİLƏR

Xəbər verdiyimiz kimi ABŞ prezidenti Cozef Bayden iyunun 14-də NATO sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qarabağ məsələsini müzakirə edəcək. &n...

“Anna Akopyan buna icazə verməz” – Paşinyan oğlunu Bakıya göndərmək istəyində səmimidir?

"Paşinyanın rəhbəri Anna Akopyandır. O, oğlu Aşotun dəyişdirilməsinə icazə verməz. Sadəcə olaraq, Nikol boş-boş danışır ”. Bunu Sfera.az-a açıqlamasında ...