No Image
No Image

Radiotezliklər üzrə Dövlət Komissiyası yaradılıb - SƏRƏNCAM

Radiotezliklər üzrə Dövlət Komissiyası yaradılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında radiokommunikasiya vasitələrindən və yüksəktezlikli qurğulardan istifadənin səmərəliliyini artırmaq və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək məqsədilə Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası yaradılıb.

Dövlət Komissiyasının sədri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, üzvləri isə müdafiə və daxili işlər nazirkərinin müavinləri, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavinidir.

Komissiyanın qərarı ilə dövlət orqanlarının (qurumlarının) nümayəndələri Dövlət Komissiyasının işinə cəlb edilə bilərlər.

Nazirlər Kabinetinə bir ay müddətində Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Avropa İttifaqından Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə əlaqədar bəy...

İlham Əliyevin Şuşa səfərinin tarixi kodları: Şuşanı nə gözləyir?

Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşa şəhərində may ayının 12-13-də tarixi "Xarıbülbül” musiqi festivalı keçirildi.   Məlumat üçün qeyd ed...

Ceyhun Bayramov Filip Rikerlə bölgədəki vəziyyəti müzakirə etdi

14 may 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Fi...

Rəsmi Bakıdan Ermənistana çağırış: "Vəziyyəti gərginləşdirməyin"

"Yerevan administrasiyasına Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər bölgələrindəki sərhəd rejimi həqiqətini qəbul etmələrini tövsiyə edirik”. Sfera...

Putin Paşinyana atəş açmamağı tapşırıb – Peskov açıqladı

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan ötən gecə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Azərbaycanla sərhədin Sü...

Fransa prezidenti erməni dilində status paylaşdı – “Azərbaycan əsgərləri...”

Fransa Prezidenti Emmanuel Makron yenindən Ermənistana dəstəyini nümayiş etdirib. Sfera.az bildirir ki, o, sosial şəbəkə hesabında İrəvanın "Azərbaycan...